Yəməndə yenidən toy mərasimi bombalandı: 15 ölü, 25 yaralı

Yəməndə yenidən toy mərasimi bombalandı: 15 ölü, 25 yaralı Koalisiya rəhbərliyi insidentlə əlaqədar hər hansı şərh verməyib
Digər ölkələr
8 Oktyabr , 2015 05:22
Yəməndə yenidən toy mərasimi bombalandı: 15 ölü, 25 yaralı

Bakı. 8 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı rəhbərliyi altında olan və ABŞ-ın dəstək verdiyi koalisiya qüvvələri Yəməndə növbəti dəfə toy mərasimi keçirilən əraziyə hava zərbələri endiriblər. “Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə ən azı 15 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Hadisə paytaxt Sənadan 113 kilometr cənub-şərqdə yerləşən Damar vilayətində qeydə alınıb. Mərasim iştirakçılarının qiyamçı husilərə mənsub qəbilə üzvləri olduğu qeyd olunur.

Koalisiya rəhbərliyi insidentlə əlaqədar hər hansı şərh verməyib.

Xatırladaq ki, sentyabrın sonunda Qırmızı Dənizin sahilində yerləşən liman şəhəri Mohada ərəb ölkələri koalisiyasının hücumları nəticəsində azı 131 nəfər həlak olmuşdu. Koalisiya təyyarələri iki toy çadırına bir neçə raket zərbəsi endirmişdi.

Son xəbərlər

Orphus sistemi