Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər Bakı. 3 dekabr. REPORT.AZ/ Yəmənin Ənsərullah (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan Yemen El-Yevm telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.
Digər ölkələr
3 Dekabr , 2017 13:58
Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Bakı. 3 dekabr. REPORT.AZ/ Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

"Report"un məlumatına görə, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

"Yemen El-Yevm" saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb. 

Husilər həmçinin "Yemen.net" internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar. 

Son xəbərlər

Orphus sistemi