Bakı. 26 iyun. REPORT.AZ/ Yəməndə üsyançı husilərin məsciddəki şəxslərə açdığı atəş nəticəsində 4 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, insident Əmran vilayətinin qərb hissəsində, Şahar bələdiyyəsi ərazisindəki məscidlərdən birində, fitrə bayramı ilə əlaqədar duaların oxunması zamanı baş verib.
Şahidlərdən birinin sözlərinə görə, "Ənsar Allah" hərəkatının üsyançılarından biri məsciddə hərəkətin şüarlarının tələffüz edilməsinə görə yaranmış münaqişə zamanı başqasına atəş açıb. Onun həlak olmasından sonra silahlı toqquşma davam edib. Nəticədə daha iki nəfər öldürülüb, üç nəfər yaralanıb.
Paytaxt Sananın şimalında yerləşən Əmran vilayəti 2014-cü ildən üsyançılar tərəfindən işğal edilib.
Yəməndə vətəndaş qarşıdurması 3 ilə yaxındır davam edir.