Yəməndə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 46-ya çatıb

Yəməndə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 46-ya çatıb Daha 47 nəfər yaralanıb
Digər ölkələr
8 Noyabr , 2017 02:14
Yəməndə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 46-ya çatıb

Bakı. 8 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının bazar günü Yəmənin Ədən şəhərində yerləşən Cinayət Axtarış İdarəsinə əlaqələndirilmiş hücumu nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, daha 47 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Yəmən Daxili İşlər Nazirliyinin internet səhifəsi məlumat yayıb.

Bildirilir ki, ölən və yaralananlar arasında həm güc strukturu əməkdaşları, həm də dinc sakinlər var.

Noyabrın 5-də 30 İŞİD ekstremisti Ədən şəhərində Cinayət Axtarış İdarəsinin binasına hücum ediblər. Əvvəlcə kamikadze kompleksin girəcəyində minalanmış avtomobili partladıb, ardınca terrorçular başqa binaların damlarından asayiş keşikçilərinə atəş açıblar, daha sonra isə binaya daxil olublar.

Son xəbərlər

Orphus sistemi