Yəməndə təyyarə qəzası nəticəsində BƏƏ-nin iki pilotu ölüb

Yəməndə təyyarə qəzası nəticəsində BƏƏ-nin iki pilotu ölüb Qəza hərbi tapşırıq yerinə yetirən zaman baş verib
Digər ölkələr
17 Oktyabr , 2017 22:24
Yəməndə təyyarə qəzası nəticəsində BƏƏ-nin iki pilotu ölüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ BƏƏ Silahlı Qüvvələrinin Yəməndə hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilotun öldüyünü bəyan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ SQ Baş komandanlığının bəyanatına istinadən "Emarat Al Youm" qəzeti yazıb.

Bildirilir ki, qəza Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının əməliyyatı çərçivəsində tapşırıq yerinə yetirən zaman baş verib.

Son xəbərlər

Orphus sistemi