Yəməndə terror hadisəsi törədilib: 7 ölü, 15-dən çox yaralı var

Yəməndə terror hadisəsi törədilib: 7 ölü, 15-dən çox yaralı var Terrorçu-kamikadze partlayıcı qurğunu şəhər bazarında işə salıb
Digər ölkələr
6 May , 2016 15:54
Yəməndə terror hadisəsi törədilib: 7 ölü, 15-dən çox yaralı var

Bakı. 6 may. REPORT.AZ/ Yəməndə növbəti terror hadisəsi törədilib. "Report" TASS-a istinadən xəbər verir ki, Yəmənin mərkəzi hissəsində yerləşən Marib şəhərində baş verən partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 15-dən çox adam yaralanıb.

Terrorçu-kamikadze partlayıcı qurğunu şəhər bazarında işə salıb.

Qeyd edək ki, Yəməndə aprelin 11-dən hökumət qüvvələri və husi qiyamçıları arasında atəşkəs rejimi qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi