Yəməndə təhlükəsizlik qüvvələri ilə üsyançı husilər arasında döyüşlərdə 48 nəfər həlak olub

Yəməndə təhlükəsizlik qüvvələri ilə üsyançı husilər arasında döyüşlərdə 48 nəfər həlak olub Döyüşlərdə 31 üsyançı və 17 Yəmən döyüşçüsü həlak olub
Digər ölkələr
6 Avqust , 2017 18:27
Yəməndə təhlükəsizlik qüvvələri ilə üsyançı husilər arasında döyüşlərdə 48 nəfər həlak olub

Bakı. 6 avqust. REPORT.AZ/ Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhədi yaxınlığında bu ölkənin təhlükəsizlik qüvvələri ilə üsyançı husilər arasında son 3 gündə baş vermiş döyüşlərdə hər iki tərəfdən 50-ə yaxın insan həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyinə yerli hərbi məmur xəbər verib.

Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri cümə axşamı Qırmızı Dənizdəki Midi limanı ərazisində üsyançı husilərin mövqelərinə hücum edib. Onlara Səudiyyə Ərəbistanının sərhəd artilleriyası və bu ölkənin rəhbərlik etdiyi koalisiyanın aviasiyası dəstək verib.

Agentlik qeyd edib ki, koalisiya husilərin mövqelərinə azı 20 hava zərbəsi endirib. Üç gün davam edən döyüşlərdə 31 üsyançı və 17 Yəmən döyüşçüsü həlak olub. 

Son xəbərlər

Orphus sistemi