Yuxarı
    Bağlamaq

    Yəməndə son sutka ərzində baş vermiş silahlı toqquşmalarda 66 nəfər ölüb

    Toqqquşmalar zamanı iqtidaryönlü qoşunlar da itki verib

    Bakı. 22 yanvar. REPORT.AZ/ Yəmənin qərbində husilərlə hərbçilər arasında son sutka ərzində baş vermiş silahlı toqquşmalarda 60-dan çox insan həlak olub.

    "Report"un məlumatına görə, bu barədə "France Presse" təhlükəsizlik xidməti orqanına və tibb işçilərinə istinadən xəbər verib.

    Məlumata görə, qarşıdurmalar ölkənin qərbində qeydə alınıb. Agentliyin xəbərində bildirilir ki, Səudiyyə Əərbistanının başçılıq etdiyi ərəb koalisiyasının Moha şəhərinə endirdiyi hava zərbələri nəticəsində 66 nəfər həlak olub.

    Bununla yanaşı, husilər və onların müttəfiqləri, eks prezident Əli Abdulla Salehinin tərəfdarları arasında ölənlərin sayı 52 nəfərə çatıb.

    Silahlı toqquşmalara havadan da dəstək verilib. Toqqquşmalar zamanı iqtidaryönlü qoşunlar da itki verib: - 14 ölü.

    Qeyd edək ki, Yəməndə silahlı toqquşmalar 2014-cü ildən davam edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi