​Yəməndə silahlı münaqişə nəticəsində ölənlərin sayı 1,7 min nəfərə çatıb

​Yəməndə silahlı münaqişə nəticəsində ölənlərin sayı 1,7 min nəfərə çatıb 7 mindən artıq insan yaralanıb
Digər ölkələr
16 May , 2015 08:04
​Yəməndə silahlı münaqişə nəticəsində ölənlərin sayı 1,7 min nəfərə çatıb

Bakı. 16 may. REPORT.AZ/ Yəməndə silahlı münaqişə nəticəsində ölənlərin sayı 1,7 min nəfəri ötüb, 7 mindən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

"Mayın 11-nə olan vəziyyətə görə, Yəməndə münaqişə nəticəsində 1,7 mindən çox insan qətlə yetirilib və təqribən 7 min 75 nəfər yaralanıb. 300 mindən çox insan mart ayından etibarən evindən köçkün düşüb və təqribən 8,6 mln. nəfər tibbi xidmətə ehtiyac duyur", - deyə ÜST-ün İordaniyanın paytaxtı Əmmanda yerləşən bölgə ofisinin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi