Yəməndə qiyamçılar Ədənin mərkəzinə çatıblar

Yəməndə qiyamçılar Ədənin mərkəzinə çatıblar Ədən ölkənin qanuni seçilən prezidentinə sadiq qüvvələrin son böyük istehkamı idi
Digər ölkələr
2 Aprel , 2015 02:52
Yəməndə qiyamçılar Ədənin mərkəzinə çatıblar

Bakı. 2 aprel. REPORT.AZ/ Yəməndə şiəməzhəb huti qiyamçılarının birləşmələrii onlara dəstək verən müttəfiqlərinin və tankların köməyi ilə, Səudiyyə Ərəbistanının hava zərbələrinə belə baxmayaraq Ədən şəhərinin mərkəzinə daxil olublar.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, Ədən ölkənin seçilmiş prezidenti Abd-Rabbu Mansour Hadiyə sadiq qüvvələrin son böyük istehkamı idi.

Körfəzin sünni ərəb ölkələrindən ibarət koalisiyasının Yəmənin şimalındakı huti mövqelərinə hücumlarına baxmayaraq cənubda Ədən şəhərini xilas etmək mümkün olmayıb.

Səudiyyə Ərəbistanının hərbi nümayəndəsi bildirir ki, huti qiyamçıları, əslində hava reydləri başlamazdan əvvəl artıq Ədəndə olublar.

O deyib kİ, döyüş meydanına tankların çıxarılması da gözlənilməz olmayıb.

6 ay bundan əvvəl paytaxt Sananı ələ keçirən qiyamçıları  keçmiş prezident Ali Abdullah Salehə sadiq olan Yəmən silahlı qüvvələrinin bölümləri dəstəkləyib.

Bir sıra başqa mənbələrdən alınan xəbərlərə görə Yəmənin müxtəlif yerlərində qızğın döyüşlər gedir və hutilər ağır canlı qüvvə itkisinə məruz qalırlar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hava bombardmanları ötən gecə ərzində də davam etdirilib.

UNİCEF-in verdiyi məlumata görə Yəməndə baş verən zorakılıqlarda son bir həftə ərizndə 62 uşaq həlak olub.

Ümumikdə həlak olan mülki şəxslərin və döyüşçülərin sayı çərşənbə gününə qədər 103 nəfər olub.

Son xəbərlər

Orphus sistemi