Bakı. 24 may. REPORT.AZ/ Yəməndə paytaxt Səna yaxınlığında Səudiyyə Ərəbistanına məxsus F-16 təyyarəsi yerə düşüb.
“Report” xəbər verir ki, bu barədə “Yemen Post” nəşrinin Twitter səhifəsində məlumat verilib.
Təyyarənin Bəni Naret şəhəri yaxınlığında düşdüyü qeyd olunur.
Məlumat rəsmi təsdiqini tapmayıb. Pilotun harada olması barədə də məlumat yoxdur.
Husilərin təyyarə qalıqları yanında partlamamış raketlər tapdıqları bildirilir.
Nəşr hadisə yerindən bir neçə şəkil də dərc edib. Şəkillərdə təyyarə qalıqlarını, həmçinin onlardan birində “Səudiyyə Ərəbistanı Krallıq HHQ” yazısını görmək mümkündür.

