Yuxarı
    Bağlamaq

    Yəməndə Səudiyyə Ərəbistanı gəmisinə hücum olub: ölən və yaralananlar var - VİDEO

    Hadisə zamanı daha üç nəfər yaralanıb

    Bakı. 31 yanvar. REPORT.AZ/ Yəmənin Qırmızı dənizdəki Hodeyda limanında Səudiyyə Ərəbistanı gəmisinə hücum nəticəsində iki nəfər həlak olub.

    "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verir.

    Məlumata görə, hadisə zamanı daha üç nəfər yaralanıb. Qeyd edilir ki, Hodeyda şəhəri husilərin nəzarəti altındadır. Lakin hücumun konkret olaraq hansı qruplaşma tərəfindən edildiyi dəqiq açıqlanmır.

    Qeyd edək ki, Yəməndə silahlı qarşıdurmalar 2014-cü ildən bəri davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi