​Yəməndə qiyamçılar Səudiyyə Ərəbistanının pilotunu girov götürüb

​Yəməndə qiyamçılar Səudiyyə Ərəbistanının pilotunu girov götürüb Bəni-Həris rayonunda vurulan təyyarənin pilotunun taleyindən xəbər yoxdur
Digər ölkələr
30 Mart , 2015 15:09
​Yəməndə qiyamçılar Səudiyyə Ərəbistanının pilotunu girov götürüb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Yəməndə husi qiyamçıları paytaxt Sənanın üzərində vurduqları təyyarənin pilotunu girov götürüblər. "Report" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Xatırladaq ki, bir müddət öncə ərəb dövlətləri koalisiyasının qiyamçıların Sənadakı mövqelərinə havadan zərbə endirdikləri haqda xəbər yayılıb.

SABA informasiya agentliyi isə martın 28-də husilərin Yəmənin Bəni-Həris rayonunda Səudiyyə Ərəbistanının Hava Qüvvələrinə məxsus təyyarəni vurduqlarını bildirmişdi. Həmin təyyarəninn pilotunun taleyindən xəbər yoxdur. 

Son xəbərlər

Orphus sistemi