Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Yəmənin müvəqqəti paytaxtı olan Ədəndə prezident Abdurabbu Mənsur Hadinin iqamətgahına girişdə güclü partlayış baş verib.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, "Sky News Arabia" peyk telekanalının yaydığı məlumata əsasən, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb.
Qeyd edək ki, minalanmış avtomobil "Əl-Maaşik" sarayı yaxınlığında partladılıb.
*** 17:54
Yəmənin Ədən şəhərində prezident Abdurabbu Mənsur Hadinin iqamətgahının girişi yaxınlığında güclü partlayış olub.
"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.
Məlumata görə, "Al-Maaşik" sarayının qapısı yaxınlığında minalanmış avtomobil partlayaraq havaya uçub.
Partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilsə də, onları sayı hələlik məlum deyil. Partlayış törədilən zaman dövlət başçısının harada olduğu da bilinmir.