Bakı. 4 mart. REPORT.AZ/ Yəmənin paytaxtı Sənada hazırkı prezident Əbd Rəbbu Mənsur Hadini dəstəkləyən nümayişçiləri bir qrup silahlı atəşə tutub.
"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" məlumat yayıb.
Yürüşçülər arasında ölən və yaralananların olması haqda informasiya yoxdur.
Xatırladaq ki, Səna şəhəri hazırda "Ənsarullah" Hərəkatı (husilər) adlı prezidentə müxalif silahlıların nəzarəti altındadır. Dövlət başçısı Mənsur Hadi isə ölkənin cənubunda, Yəmənin iqtisadi paytaxtı sayılan Ədəndədir.