Yuxarı

​Yəməndə prezident və üsyançılar arasında razılıq əldə olunub

Tərəflər konstitusiyanın dəyişdirilməsi qərarına gəliblər

Bakı. 22 yanvar. REPORT.AZ/ Yəməndə uzun sürət atışmalardan sonra ölkə prezidenti Əbd Rəbbu Mansuru Hadi üsyançılarla razılıq əldə etməyə müvəffəq olub.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, tərəflər yeni konstitusiya layihəsinə Huti hərəkatı nümayəndələrinin dövlətdə istənilən vəzifə tutmasına imkan verən düzəlişlərin edilməsini qərara alıblar.

Xatırladaq ki, yanvarın 20-də Yəmənin paytaxtı Sənada prezident sarayı üsyançılar tərəfindən ələ keçirilmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi