Bakı. 19 mart. REPORT.AZ/ Yəməndə Prezident Sarayının üzərindən uçan, tanınma nişanı olmayan hərbi təyyarəyə zenit-raket qurğularından atəş açılıb. "Report" xəbər verir ki, bu barədə "Reuters"ə məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, uçuşdan öncə iki dəfə partlayış səsi eşidilib.
Hadisə baş verən zaman prezidentin sarayda olub-olmaması barədə məlumat yoxdur.