Yəməndə prezident sarayı bombalanıb, 15 nəfər ölüb, 55-dən çox adam yaralanıb

Yəməndə prezident sarayı bombalanıb, 15 nəfər ölüb, 55-dən çox adam yaralanıb 2014-cü ilin sentyabr ayından Sana və ətrafdakı bəzi bölgələrə husi qiyamçıları nəzarət edir
Digər ölkələr
7 May , 2018 16:15
Yəməndə prezident sarayı bombalanıb, 15 nəfər ölüb, 55-dən çox adam yaralanıb

Bakı. 7 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin paytaxtı Sanada prezident sarayını bombalaması nəticəsində 15 nəfər ölüb, 55-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, məlumatı "Haber7” yayıb.

“Anadolu” agentliyi ölən və yaralananların dəqiq sayının məlum olmadığını bildirib.

Qeyd edək ki, 2014-cü ilin sentyabr ayından Sana və ətrafdakı bəzi bölgələrə husi qiyamçıları nəzarət edir. 2015-ci ilin mart ayından isə Səudiyyə Ərəbistanının başçılığı altında koalisiya Yəmən hökumətinə dəstək verir. 

Son xəbərlər

Orphus sistemi