Yuxarı
    Bağlamaq

    Yəməndə münaqişə başlayandan 5 minə yaxın dinc sakin ölüb

    Daha 8 min nəfər yaralanıb

    Bakı. 24 mart. REPORT.AZ/ 26 mart 2015-ci il tarixində Yəməndə münaqişə başlayan vaxtdan 4,5 mindən çox dinc sakin ölüb, azı 8 min nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə cümə günü BMT Ali Komissarının İnsan Haqları İdarəsi (AKİHİ) məlumat yayıb.

    "Martın 26-da Yəməndə münaqişənin başlamasının iki ili tamam olacaq. 26 mart 2015-ci tarixindən hərbi əməliyyatlar nəticəsində təqribən 4,773 dinc sakin ölüb və 8,272 nəfər yaralanıb. Ümumilikdə 13 min 45 dinc sakin zərər çəkib. Bu, yalnız AKİHİ-nin təsdiq edə bildiyi rəqəmlərdir. Qurbanların real sayı isə sözsüz ki, əhəmiyyətli dərəcədə çoxdur", — deyə məlumatda qeyd olunur.

    Sənəddə, həmçinin bildirilir ki, ölkədə təqribən 21 milyon insan və ya əhalinin 82 faizi humanitar yardıma ehtiyac duyur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi