Yəməndə mülki əhali arasında tələfat artır

Yəməndə mülki əhali arasında tələfat artır Taiz şəhərində 12 nəfər ölüb
Digər ölkələr
17 May , 2015 00:36
Yəməndə mülki əhali arasında tələfat artır

Bakı. 16 May. REPORT.AZ/ Yəmənin cənubunda Huti üsyançıları və hökumət tərəfdarı qüvvələri arasında toqquşma zamanı onlarla insan həlak olub və yaralanıb.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Taiz şəhərində baş verən döyüşlər nəticəsində 12 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Yəmən hökuməti toqquşmalara səbəbin üsyançıların şəhərin bir neçə məhəlləsində artilleriya atəşinə tutması ilə əlaqələndirir.

Xatırladaq ki, Huti üsyançıları Səudiyyə Ərəbistanı ilə beş günlük atəşkəsə dair razılıq imzalayıb.

Bu arada, İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyi şənbə günü çıxışında, Tehranın Yəmən də daxil olmaqla regionda “əzilən xalqlara” dəstək verməyə davam edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi