​Yəməndə milli birlik hökumətinin formalaşdırılması barədə razılıq əldə olunub

​Yəməndə milli birlik hökumətinin formalaşdırılması barədə razılıq əldə olunub Münaqişə tərəfləri Küveytdə prinsipial razılığa gəliblər
Digər ölkələr
27 May , 2016 22:49
​Yəməndə milli birlik hökumətinin formalaşdırılması barədə razılıq əldə olunub

Bakı. 27 may. REPORT.AZ/ Küveytdə Yəmən üzrə keçirilən məsləhətləşmələrdə bütün münaqişə tərəflərinin nümayəndələri də daxil olmaqla milli birlik hökumətinin formalaşdırılması barədə prinsipial razılaşma əldə olunub.

"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

Bundan əvvəl Yəmən hökuməti və ona qarşı çıxan üsyançı husilər Küveytdə aparılan danışıqlar zamanı müsəlmanlar üçün müqəddəs olan və bu il iyunun 7-də başlayan Ramazan ayı ərəfəsində əsirləri mübadilə etmək barədə razılıq əldə ediblər.

Yəməndə münaqişə davam edir. Burada bir tərəfdə "Ənsar Allah" hərəkatından olan üsyançı husilər və ordunun sabiq prezident Əli Abdullah Salehə sadiq olan bir hissəsi, digər tərəfdə isə prezident Əbd Rəbbu Mənsur Hadinin qoşunları müharibə edir. İkinciləri qurudan və havadan Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası tərəfindən dəstəklənir.

Son xəbərlər

Orphus sistemi