Yəməndə məscid yaxınlığında avtomobil partladılıb, xəsarət alanlar var

Yəməndə məscid yaxınlığında avtomobil partladılıb, xəsarət alanlar var Partlayış məsciddə qılınan cümə namazından sonra baş verib
Digər ölkələr
22 İyul , 2016 17:35
Yəməndə məscid yaxınlığında avtomobil partladılıb, xəsarət alanlar var

Bakı. 22 iyul. REPORT.AZ/ Yəmənin paytaxtı Sanada məscid yaxınlığında içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış məsciddə qılınan cümə namazından sonra baş verib.

Terror hadisəsi dindarların məsciddən çıxdığı anda törədildiyindən xəsarət alanların çox olduğu bildirilir. Amma hələlik bu barədə dəqiq məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi