Yəməndə leysan yağışları və daşqınlarda 4 nəfər ölüb

Yəməndə leysan yağışları və daşqınlarda 4 nəfər ölüb Yolları su basması və avtomobilləri isə axının aparması nəticəsində minlərlə insan evlərində təcriddə qalıb
Digər ölkələr
3 May , 2021 14:51
Yəməndə leysan yağışları və daşqınlarda 4 nəfər ölüb

Yəmənin şərqindəki Hadramaut vilayətində leysan yağışları və daşqınlar nəticəsində azı dörd nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli administrasiyadakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, leysan yağışları və daşqınlar Tarim rayonunda üç evin çökməsinə səbəb olub, dörd nəfər boğulub, bir neçəsi itkin düşüb. O əlavə edib ki, yolları su basması və avtomobilləri isə axının aparması nəticəsində minlərlə insan evlərində təcriddə qalıb.

Mənbə bildirib ki, əhalinin təxliyəsi aparılır, prosesə hərbi helikopterlər cəlb olunur.

Son xəbərlər

Orphus sistemi