Yəməndə leysan yağışları doqquz nəfərin ölümünə səbəb olub

Yəməndə leysan yağışları doqquz nəfərin ölümünə səbəb olub Yəmənin şərqindəki Hadramaut əyalətində davam edən leysan yağışları və daşqınlar insan tələfatı ilə nəticələnib.
Digər ölkələr
4 İyun , 2020 05:13
Yəməndə leysan yağışları doqquz nəfərin ölümünə səbəb olub

Yəmənin şərqindəki Hadramaut əyalətində davam edən leysan yağışları və daşqınlar insan tələfatı ilə nəticələnib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Belqees TV” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Əl-Katn şəhərinin rəhbəri Əbdüllətif Naqif bildirib ki, çay axını Heynan rayonunda eyni ailədən olan beş uşağı aparıb. Ümumilikdə azı 9 nəfər həyatını itirib.

Güclü yağış və daşqınlar əyalətdəki bir çox evləri dağıdıb, əkin sahələrinə ciddi ziyan vurub.

Son xəbərlər

Orphus sistemi