Yuxarı

Yəməndəki iki partlayış nəticəsində 5 nəfər ölüb

Hər iki partlayışa görə məsuliyyəti terrorçu İslam Dövləti qruplaşması öz üzərinə götürüb

Bakı. 8 iyul. REPORT.AZ/ Yəmənin cənubundaki El-Beyda şəhərində ötən gün baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, dördü isə yaralanıb.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, daha bir partlayış paytaxt Sənada törədilib. Şiə məsçidinin yaxınlığında yerləşdirilən partlayıcı qurğunun işə salınması bir nəfərin ölümünə səbəb olub. Daha beş nəfər yaralanıb.

Hər iki partlayışa görə məsuliyyəti terrorçu "İslam Dövləti" qruplaşması öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi