​Yəməndə iki həftədə 500-dən çox dinc sakin öldürülüb

​Yəməndə iki həftədə 500-dən çox dinc sakin öldürülüb On minlərlə yəmənli ev-eşiyini tərk edərək, qonşu dövlətlərə, bir çoxu isə Cibuti və Somaliyə sığınıb
Digər ölkələr
3 Aprel , 2015 11:05
​Yəməndə iki həftədə 500-dən çox dinc sakin öldürülüb

Bakı. 3 aprel. REPORT.AZ/ Son iki həftədə Yəməndə 500-dən çox dinc sakin öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amosun bəyanatında bildirilib.

"Humanitar agentliklərin hesabatlarında ölkənin müxtəlif hissələrində 519 nəfərin öldürüldüyü, 1 700-ə yaxın yəmənlinin yaralandığı bildirilib", - baş katibin müavini deyib.

Məlumatda qeyd edilib ki, on minlərlə yəmənli ev-eşiyini tərk edərək, qonşu dövlətlərə, bir çoxu isə Cibuti və Somaliyə sığınıb.

V.Amosun sözlərinə görə, ölkədə yaranmış vəziyyətin ağırlığına baxmayaraq, tibbi ləvazimat, içməli su, yemək, yatacaq yardımlarının çatdırılması üçün BMT-nin humanitar agentlikləri və tərəfdarları Yəmənin Qızıl Ay Cəmiyyəti ilə əlaqəli şəkildə fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi