Yəməndə iki günlük atəşkəs elan olunub

Yəməndə iki günlük atəşkəs elan olunub Atəşkəs bu gün günorta saatlarından başlayacaq
Digər ölkələr
19 Noyabr , 2016 07:57
Yəməndə iki günlük atəşkəs elan olunub

Bakı. 19 noyabr. REPORT.AZ/ Yəməndə yerli hökuməti dəstəkləyən ərəb koalisiyası 48 saatlıq atəşkəs rejimi elan edib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü Səudiyyə Ərəbistanı mətbuatı yazıb.

Atəşkəs noyabrın 19-u yerli vaxtla günorta saatlarından başlayacaq.

Barışıq müddəti husilərin öz öhdəliklərini yerinə yetirəcəkləri və mühasirədə olan rayonlara humanitar yardımın aparılmasına maneəçilik törətməyəcəkləri təqdirdə uzadıla bilər.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında qarşıdurma davam edir. Bu qarşıdurmaya Sudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası hökumət qüvvələri tərəfindən dəstək verir.

Son xəbərlər

Orphus sistemi