Yəməndə İŞİD komandirlərindən biri həbs edilib

Yəməndə İŞİD komandirlərindən biri həbs edilib Bakı. 21 may. REPORT.AZ/ Yəməndə İŞİD terror qruplaşmasının rəhbərlərindən biri həbs edilib.
Digər ölkələr
21 May , 2018 05:56
Yəməndə İŞİD komandirlərindən biri həbs edilib

Bakı. 21 may. REPORT.AZ/ Yəməndə İŞİD terror qruplaşmasının rəhbərlərindən biri həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, o, ölkənin cənubunda, Lahdj vilayətində həbs edilib. Nazirlikdən bildirilib ki, həbs edilən şəxs terrorçuların Yafa dairəsindəki hərəkətlərinə rəhbərlik edib.

"Al Arabiya" qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları terror təşkilatının rəhbərlərinin və üzvlərinin ölkənin bir neçə cənub vilayətində, o cümlədən Lahdjda həbsini xəbər veriblər. 

İŞİD son aylar Yəmənin hüquq-mühafizə orqanlarına hücumları üzərinə götürüb. Terrorçuların hədəfi ölkənin cənubundakı hərbi hissələr və digər obyektlər olub.

Son xəbərlər

Orphus sistemi