Yəməndə husi üsyançıları atəşkəsi qəbul ediblər

Yəməndə husi üsyançıları atəşkəsi qəbul ediblər Atəşkəs çərşənbə axşamı günü qüvvəyə minməlidir
Digər ölkələr
11 May , 2015 04:40
Yəməndə husi üsyançıları atəşkəsi qəbul ediblər

Bakı. 11 May. REPORT.AZ/ Yəməndə husi üsyançıları humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, atəşkəs çərşənbə axşamı günü qüvvəyə minməlidir.

Qrupun bəyanatı Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin sabiq prezident Əli Abdulla Salehin iqamətgahını bombalamasından sonra səslənib.

Salehin evdə olmadığı təxmin edilir. Televiziya ilə hadisədən sonra onun evinin dağıntıları yanında durduğu nümayiş etdirilib.

Mart ayından bəri Yəməndə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub. Münaqişə ölkədə böyük humanitar böhran yaradıb.

Son xəbərlər

Orphus sistemi