Yəməndə husilərin atəşi nəticəsində 11 uşaq yaralanıb

Yəməndə husilərin atəşi nəticəsində 11 uşaq yaralanıb Yəməndə “Ənsarullah” (Husi) üsyançılarının Taiz şəhərində minaatan hücumu nəticəsində ən azı 11 uşaq yaralanıb.
Digər ölkələr
24 iyul 2022 03:19
Yəməndə husilərin atəşi nəticəsində 11 uşaq yaralanıb

Yəməndə “Ənsarullah” (Husi) üsyançılarının Taiz şəhərində minaatan hücumu nəticəsində ən azı 11 uşaq yaralanıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Şəhər polisi bildirib ki, husilər Zeyd əl-Müşki məhəlləsini minaatanlardan atəşə tutub.

Atəş nəticəsində yaşı 10-dan az olan 11 uşaq orta və ağır xəsarətlər alıb.

Polis hücumu atəşkəs rejiminin açıq şəkildə pozulması və iyrənc cinayət adlandırıb.

Husilər məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Yəməndə daxili münaqişə 2014-cü ilədn davam edir.

Son xəbərlər

Orphus sistemi