​Yəməndə humanitar atəşkəs qüvvəyə minib

​Yəməndə humanitar atəşkəs qüvvəyə minib Atəşkəs 5 gün müddətində davam edəcək
Digər ölkələr
12 May , 2015 05:48
​Yəməndə humanitar atəşkəs qüvvəyə minib

Bakı. 12 may. REPORT.AZ/ Yəməndəki hərbi münaqişə tərəfləri beş gün atəşkəs rejiminə riayət edəcəklərinə dair vəd veriblər.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndələrinin məlumatında bildirilir.

Məlumata görə, tam riayət olunacağı təqdirdə atəşkəsin müddəti uzadıla bilər.

Atəşkəs Bakı vaxtı ilə 12 may 01.00-da qüvvəyə minib. Səudiyyə Ərəbistanı diplomatları qeyd ediblər ki, atəşkəs yalnız üsyançı husilərin ona riayət edəcəkləri təqdirdə saxlanılacaq.

Eyni zamanda husilər atəkəsə əməl etmək niyyətində olduqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi