Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalarda 84 nəfər ölüb

Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalarda 84 nəfər ölüb Bakı. 10 sentyabr. REPORT.AZ/ Yəməndə hökumət qüvvələri ilə üsyançı husilər (Ənsar Allah hərəkatının tərəfdarları) arasında döyüşlər zamanı azı 84 nəfər həyatını itirib.
Digər ölkələr
10 Sentyabr , 2018 06:33
Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalarda 84 nəfər ölüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Yəməndə hökumət qüvvələri ilə üsyançı husilər ("Ənsar Allah" hərəkatının tərəfdarları) arasında döyüşlər zamanı azı 84 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə tibbi mənbələrə istinadən AFP nəşri məlumat yayıb.

Bildirilir ki, silahlı toqquşmalar Cenevrə məsləhətləşmələrinin pozulmasından sonra baş verib.

Mənbənin məlumatına görə, ölənlər arasında 11 hökumət qüvvəsi və 73 üsyançı var.

Son xəbərlər

Orphus sistemi