Yəməndə baş verən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Yəməndə baş verən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB Yəmənin cənubundakı Əd-Daliyə şəhərində keçirilən hərbi məzunların paradı zamanı baş verən raket partlayışı nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Digər ölkələr
29 Dekabr , 2019 15:56
Yəməndə baş verən partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Yəmənin cənubundakı Əd-Daliyə şəhərində keçirilən hərbi məzunların paradı zamanı baş verən raket partlayışı nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb. 

“Report” “Sky News Arabia”ya istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib. 

Bundan əvvəl paradın keçirildiyi stadion üzərində partladıcı maddənin olduğu pilotsuz cihazın partladıldığı da bildirilmişdi.


***14:32

Yəmənin cənubundakı Əd-Daliyə şəhərində keçirilən hərbi məzunların paradı zamanı baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

“Report” “Asharq al-Awsat”a istinadən xəbər verir ki, bu barədə şəhərə nəzarət edən “Təhlükəsizlik Kəməri Qüvvələri” (TKQ - “Əl Hizəm əl Əmni”) hərbi birləşməsi “Twitter”də məlumat yayıb. 

Məlumata görə, partlayış həmin şəhərdə yerləşən stadionun tribunası önündə baş verib. 

Şahidlər hadisə nəticəsində onlarla ölən və yaralanan olduğunu deyiblər.

Hadisə yerinin yaxınlığında İran dəstəkli Husi qiyamçılarının 3 döyüşçüsünün saxlanıldığı bildirilir.

Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.

Qeyd edək ki, son vaxtlar Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən “Təhllükəsizlik Kəməri Qüvvələri” Cənub Keçici Şuranın mühüm ünsürü olaraq İranın dəstəklədiyi Husi qiyamçılarına qarşı vuruşur.

Son xəbərlər

Orphus sistemi