​Yəməndə hərbçilərə məxsus maşının partladılması nəticəsində 7 əsgər ölüb

​Yəməndə hərbçilərə məxsus maşının partladılması nəticəsində 7 əsgər ölüb Partlayış nəticəsində 14 nəfər yaralanıb
Digər ölkələr
24 Aprel , 2016 20:09
​Yəməndə hərbçilərə məxsus maşının partladılması nəticəsində 7 əsgər ölüb

Bakı. 24 aprel. REPORT.AZ/Yəmənin Abyan əyalətinin Zindzibar şəhərində hərbçilərə məxsus avtomobildə partlayış baş verib. "Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər verib.

Partlayış nəticəsində yeddi əsgər həlak olub, on dörd hərbçi yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hadisə Yəmən hərbçilərinin konvoyunun şəhərə girdiyi vaxt baş verib. Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi hələlik məlum deyil. 

 Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi