Yuxarı

​Yəməndə kütləvi aclıq təhlükəsi yaranıb

Martın 26-dan indiyədək ölkədə keçirilən hərbi əməliyyatlar nəticəsində 131-i uşaq olmaqla 646 mülki şəxs öldürülüb

Bakı. 6 may. REPORT.AZ/ Yəməndə 20 milyona yaxın insan aclıq təhlükəsi ilə üz-üzədir. "Report" "əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu haqda BMT ilə Yəmən Milli Forumunun yaydığı birgə açıqlamada bildirilib.

Açıqlamada bildirilib ki, Yəməndəki 22 humanitar təşkilat yanacaq çatışmazlığına görə yardımları paylamaqda çətinlik çəkir.

BMT-nin məlumatına əsasən, martın 26-dan indiyədək ölkədə keçirilən hərbi əməliyyatlar nəticəsində 131-i uşaq olmaqla, 646 mülki şəxs öldürülüb. Qurumun hesabatına görə, 1364 dinc sakin yaralanıb.

2013-cü ilin məlumatına görə, Yəmən əhalisinin sayı 25 milyon 408 min 288 nəfərdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi