Yəməndə gəminin atəşə tutulması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Yəməndə gəminin atəşə tutulması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb Somalidən olan miqrantların gəmisi vertolyotdan atəşə tutulub
Digər ölkələr
18 Mart , 2017 01:23
Yəməndə gəminin atəşə tutulması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Bakı. 18 mart. REPORT.AZ/ Yəmən sahillərində Somali miqrantlarını daşıyan gəminin vertolyotdan atəşə tutulması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Yəməndə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndələrinə istinadən AFP məlumat yayıb.

İnsident Bab-əl-Məndəb boğaazı yaxınlığında baş verib. Üzərində tanıdıcı nişanı olmayan "Apache" tipli vertolyot Yəməndən Sudana gedən Somali qaçqınlarını atəşə tutub. Hava hücumundan sonra qaçqınlar Yəmənin Hodeyda limanına geri qayıdıblar. İlkin olaraq gəminin göyərtəsində 33 cəsəd aşkar edilib, 29 miqrant yaralanıb. Gəmidə ümumilikdə təqribən 140 nəfər sərnişin olub. Bir çox sərnişinlər hələ də tapılmayıblar.

BMT-nin məlumatına görə, Yəməndə 255 mindən çox Somali qaçqını var.

Son xəbərlər

Orphus sistemi