​Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb

​Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb Heyət üzvlərinin aqibəti məlum deyil
Digər ölkələr
13 İyun , 2016 23:40
​Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb

Bakı. 13 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus hərbi vertolyot bazar ertəsi Yəmənin Ədən əyalətində qəzaya uğrayıb, heyət üzvlərinin aqibəti məlum deyil.

"Report" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, vertolyot Əl-Breyka sahillərində yerə düşüb.

Ərəb koalisiyası komandanlığı hələ ki, bu məlumata münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi