Yəməndə ərəb koalisiyasının təyyarəsi vurulub

Yəməndə ərəb koalisiyasının təyyarəsi vurulub Hadisə nəticəsində hər iki pilot sağ qalıb
Digər ölkələr
7 Yanvar , 2018 20:42
Yəməndə ərəb koalisiyasının təyyarəsi vurulub

Bakı. 7 yanvar. REPORT.AZ/ Yəmən husiləri ölkənin şimalında yerləşən Saada əyaləti üzərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvələrinə məxsus qırıcı təyyarəni vurduqlarını bəyan ediblər.

“Report” xəbər verir ki, bu barədə husilərin "Saba" informasiya agentliyi məlumat yayıb.

"Al Arabiya"nın məlumatına görə, təyyarə husilərin nəzarəti altında olan ərazidə qəzaya uğrayıb. Mənbələr hər iki pilotun sağ qaldığını bildirirlər.

Hadisənin başqa təfərrüatları məlum deyil.

Son xəbərlər

Orphus sistemi