Bakı. 16 iyun. REPORT.AZ/ Əl-Qaidənin Ərəb yarımadasındakı dayağının başçısı Nasir əl-Vuhayşi öldürülüb.
"Report" xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.
Xəbərə görə, o, pilotsuz uçan qurğuların Yəmənin Hadramaut əyalətini bombalaması nəticəsində öldürülüb.
Məlumatda bildirilib ki, ABŞ-ın xüsusi xidmət orqanları hadisə ilə bağlı araşdırma aparır.