Yəməndə "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri öldürülüb

Yəməndə "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri öldürülüb Terrorçu Şabva əyalətində "Əl-Qaidə"nin ən məşhur komandirlərindən biri olub
Digər ölkələr
27 Aprel , 2018 03:32
Yəməndə Əl-Qaidənin yüksəkvəzifəli komandirlərindən biri öldürülüb
"AFP"

Bakı. 27 aprel. REPORT.AZ/ Yəməndə "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Şabva əyalətindəki mənbəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Əl-Qaidə" komandiri Nasir Hüseyn Bamduha əl-Bubakri əl-Aulyaki Yəmənin cənub-şərqindəki Əs-Səid bələdiyyəsinin Rafd vadisində olan zaman Amerikaya məxsus olduğu ehtimal edilən pilotsuz aparatın endirdiyi zərbə nəticəsində ölüb", - deyə agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, terrorçu Şabva əyalətində "Əl-Qaidə"nin ən məşhur komandirlərindən biri olub.

Son xəbərlər

Orphus sistemi