Yuxarı

Yəməndə döyüşlər davam edir: 57 ölü

Taiz şəhərində ordu bölmələri ilə üsyançı şiələr-hutilər arasında silahlı qarşıdurma baş verib

Bakı. 11 mart. REPORT.AZ/ Yəməndə hökümət qüvvələri və üsyançılar arasında döyüşlər gedir. "Report"-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, ordu bölmələri və üsyançı şiələr-hutilər arasında Taiz şəhərində baş verən qarşıdurma nəticəsində 57 nəfər həlak olub.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus təyyarələrin döyüş bölgəsini bombaladığı bildirilir. Dinc sakinlər döyüş zonasını tərk edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi