Yəməndə döyüşlər davam edir: 30 ölü

Yəməndə döyüşlər davam edir: 30 ölü 2015-ci ilin mart ayından bəri Yəməndə 6000-dən artıq insanın öldürüldüyü bildirilir
Digər ölkələr
27 Fevral , 2016 22:10
Yəməndə döyüşlər davam edir: 30 ölü

Bakı. 27 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəməndə İrana arxalanan şiə qüvvələri ilə döyüşləri zamanı 30 nəfər həlak olub. "Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, paytaxt Sənanın Nihm rayonunda gedən döyüşlər zamanı ölənlərin əksəriyyəti mülki vətəndaşlar olub.

Səudiyyə Ərəbistanının başçılığı ilə Yəmən prezidenti Əbdu Rabu Mənsur Hadini ölkədən qaçmağa məcbur edən Huti üsyançılara qarşı hava hücumları mart ayından başlayıb.

2015-ci ilin mart ayından bəri Yəməndə 6000-dən artıq insanın öldürüldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi