Yəməndə bir ay ərzində 250 nəfər vəba xəstəliyindən həlak olub

Yəməndə bir ay ərzində 250 nəfər vəba xəstəliyindən həlak olub "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı beynəlxalq ictimaiyyəti ölkəyə təcili yardım göstərməyə çağırıb
Digər ölkələr
22 May , 2017 13:31
Yəməndə bir ay ərzində 250 nəfər vəba xəstəliyindən həlak olub

Bakı. 22 may. REPORT.AZ/ Yəmən vəba epidemiyası təhlükəsi altındadır, son bir ayda bu xəstəlikdən 250 nəfər həlak olub, hər gün yüzlərlə insan bu xəstəliyə yoluxur.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə "Uşaqları xilas edin" xeyriyyə təşkilatı bəyanat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vətəndaş müharibəsi gedən ölkədə xəstəlik sürətlə yayılır. Xəstələnənlərin əksəriyyəti paytaxat Sanadadır, artıq hökumət orqanları fövqəladə vəziyyət elan edib.

BMT-nin məlumatına görə, burada əhalinin üçdə ikisinin (təxminən 8 milyon nəfər edir - red.) təmiz içməli suya çıxışı yoxdur. Vəba isə çirklənmiş su və ya qidadan keçir.

"Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı epidemiyanın qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyəti ölkəyə təcili yardım göstərməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi