Yəməndə bazarın bombalanması nəticəsində 22 nəfər ölüb

Yəməndə bazarın bombalanması nəticəsində 22 nəfər ölüb Onlarla dinc sakin yaralanıb
Digər ölkələr
11 mart 2017 17:12
Yəməndə bazarın bombalanması nəticəsində 22 nəfər ölüb

Bakı. 11 mart. REPORT.AZ/ Cümə günü Yəməndə ərəb koalisiyası tərəfindən bazara endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli məmura istinadən “Reuters” məlumat yayıb.

Bundan əvvəl 16 nəfərin öldüyü, daha 10 nəfərin yaralandığı bildirilirdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin nəzarəti altında olan Hodeyda şəhərinin bazarına havadan zərbə endirib. Nəticədə yanğın baş verib. Ölənlərin hamısı dinc sakinlər olub, onların heç birində silah olmayıb.

Son xəbərlər

Orphus sistemi