Yəməndə bazarın atəşə tutulması nəticəsində 17 nəfər həlak olub

Yəməndə bazarın atəşə tutulması nəticəsində 17 nəfər həlak olub Yəməndə bazarın atəşə tutulması nəticəsində 17 nəfər həlak olub.
Digər ölkələr
25 Dekabr , 2019 00:08
Yəməndə bazarın atəşə tutulması nəticəsində 17 nəfər həlak olub

Yəməndə bazarın atəşə tutulması nəticəsində 17 nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə husilərin nəzarəti altında olan "Əl-Masira" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisə ölkənin şimal-qərbindəki Saada vilayətində baş verib. 

Telekanal bazarın raket və artilleriya atəşlərinə məruz qaldığını bildirib. Qeyd edilir ki, ölənlərdən 5-i Yəmən vətəndaşları, 12-i isə Afrikadan olan miqrantlardır.

Telekanal bazarın Səudiyyə Ərəbistanı ordusu tərəfindən atəşə tutulduğunu iddia edib. 

Daha əvvəl atəş nəticəsində 15 nəfərin həlak olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi