Yəməndə baş vermiş terror aktında ölənlərin sayı 50-ə çatıb - YENİLƏNİB-2

Yəməndə baş vermiş terror aktında ölənlərin sayı 50-ə çatıb - YENİLƏNİB-2 Terror aktına məsuliyyəti İŞİD üzərinə götürüb
Digər ölkələr
1141
10 Dekabr , 2016 21:54
Yəməndə baş vermiş terror aktında ölənlərin sayı 50-ə çatıb - YENİLƏNİB-2

Bakı. 10 dekabr. REPORT.AZ/ Yəmənin Ədən şəhərindəki hərbi bazada baş vermiş terror aktında ölənlərin sayı 50 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yerli təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti hərbçilərdir. 

Hadisə zamanı daha 70 nəfər yaralanıb. Qeyd edək ki,  terrorçunun özünü partlatması nəticəsində onlarla insan xəsarət alıb. 

Terror aktına görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb. 

***18:52

Yəməndəki hərbi bazalardan birində baş vermiş terror aktında ölənlərin sayı 40 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yerli təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 70 nəfər yaralanıb.

Qeyd edək ki, hadisə ölkənin cənubundakı Ədən şəhərində baş verib. Belə ki, Əs-Sulban düşərgəsində naməlum şəxs özünü partladıb.


***18:26

Yəməndəki hərbi bazalardan birində terror aktı baş verib.

"Report"un məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin cənubundakı Ədən şəhərində baş verib. Belə ki, Əs-Sulban düşərgəsindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Terror aktına məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi