Yəməndə baş vermiş son döyüşlərdə 7 nəfər ölüb

Yəməndə baş vermiş son döyüşlərdə 7 nəfər ölüb Silahlı toqquşmalar zamanı həmçinin daha 4 nəfər xəsarət alıb
Digər ölkələr
31 Yanvar , 2017 04:28
Yəməndə baş vermiş son döyüşlərdə 7 nəfər ölüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Yəmənin iqtidaryönlü qüvvələri ilə "Ənsərulla" hərəkatının üzvləri (husilərlə) və keçmiş prezident Əli Abdulla Salehinin tərəfdarları arasında baş vermiş son silahlı toqqquşmalarda 7 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib. Məlumata görə, döyüşlər Səudiyyə Ərəbistanı ilə həmsərhəd Harad rayonu ərazisində baş verib.

Silahlı toqquşmalar zamanı həmçinin daha 4 nəfər xəsarət alıb. Yəmənin iqtidaryönlü qüvvələrinə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyasının dəstək verdiyi bildirilir.

BMT-nin məlumatına görə, Yəməndə münaqişənin başlandığı vaxtdan bu günə kimi 10 min mülki sakin həlak olub.

Son xəbərlər

Orphus sistemi