Yəməndə aviazərbə nəticəsində 9 nəfər, o cümlədən uşaq həlak olub

Yəməndə aviazərbə nəticəsində 9 nəfər, o cümlədən uşaq həlak olub Zərbə yas mərasiminin keçirildiyi yerə tuş gəlib
Digər ölkələr
16 Fevral , 2017 11:40
Yəməndə aviazərbə nəticəsində 9 nəfər, o cümlədən uşaq həlak olub

Bakı. 16 fevral. REPORT.AZ/ Yəmənin paytaxtı Sana yaxınlığında endirilən hava zərbəsi zamanı 9 nəfər, o cümlədən uşaq həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, aviazərbə yas mərasiminin keçirildiyi yerə tuş gəlib.

Həkimlərin məlumatına görə, daha 10 qadın yaralanıb.

Son xəbərlər

Orphus sistemi