Yəməndə atışma nəticəsində iki jurnalist ölüb, ikisi yaralanıb

Yəməndə atışma nəticəsində iki jurnalist ölüb, ikisi yaralanıb Son iki ildə Yəməndəki silahlı münaqişə nəticəsində 2,4 min uşaq və 2 min qadın ölüb
Digər ölkələr
26 May , 2017 12:46
Yəməndə atışma nəticəsində iki jurnalist ölüb, ikisi yaralanıb

Bakı. 26 may. REPORT.AZ/ Yəməndə qiyamçılarla hökumət qüvvələri arasında baş verən atışma nəticəsində 2 fotojurnalist ölüb, ikisi isə yaralanıb.

“Report” “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, jurnalistlər Yəmənin Taiz şəhərindən şərqdə atışmaya düşüblər.

Qeyd edək ki, 2015-ci ilin yazından Yəməndəki silahlı münaqişə nəticəsində 10 min dinc sakin, o cümlədən təxminən 2,4 min uşaq və 2 min qadın ölüb. Bu müddətdə 18,5 min dinc sakin isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi