​Yəməndə atışma dayanıb

​Yəməndə atışma dayanıb Qurbanlar və hadisənin başvermə səbəbləri haqda açıqlama verilməyib
Digər ölkələr
19 Yanvar , 2015 13:16
​Yəməndə atışma dayanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Yəməndə ordu ilə "Ənsarullah" hərəkatının (husilər) yaraqlıları arasında prezident iqamətgahının yaxınlığındakı baş verən silahlı qarşıdurma dayanıb.

"Report" "əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, Yəmənin rəsmi dövlət televiziyası da atəşin kəsildiyini təsdiqləyib.

Atışma zamanı minaatanlardan da istifadə edilib.

Ölkə prezidenti Əbd Rəbbi Mənsur Hadi hökumət nümayəndələri və "Ənsarullah" silahlı qruplaşmasının təmsilçiləri ilə təcili müşavirə keçirməyi planlaşdırıb.

Qurbanlar və hadisənin başvermə səbəbləri haqda açıqlama verilməyib. 

Son xəbərlər

Orphus sistemi